Ölkə çempionatında danışılmış oyunların təşkilatçısı olan futbolçu cəzalandırılıb. Almaniya Futbol İttifaqı “Osnabryuk” klubunun sabiq üzvü Marsel Şenə ağır cəza verib. Bukmeker kontorları ilə əlbir olan 25 yaşlı müdafiəçi 33 aylıq cəzaya layiq bilinib. Şen 2 il 9 ay müddətində futbol oynaya bilməyəcək. Qeyd edək ki, oyunların birindən sonra futbolçunun həmin matça 25 min avro qoyduğu aşkarlanmışdı.