Qocalar evinin yanması nəticəsində içəridə olan 480 nəfər evakuasiya olunb
31-08-2010
FaktXeber.com-un "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Tver bölgəsində yerləşən qocalar evində yanğın baş verib. Hadisə naməlum şəxsin özünü qocalar evində yandırması ilə başlayıb. İçəri daxil olan bir nəfər üzərinə benzin tökərək özünü yandırıb. Bundan sonra məkanda yanğının diametri genişlənib. Qeyd edək ki, qocalar evinin yanması nəticəsində içəridə olan 480 nəfər evakuasiya olunub. Nəzərinizə çatdıraq ki, yanğın zamanı qocalar evində olan 9 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğın zamanı 2 nəfər də yüngül xəsarət alıb.