İngiltərə yığmasının üzvü Londonda düşən davaya niyə qarışıb?
30-08-2010
"Arsenal" və İngiltərə millisinin yarımmüdafiəçisi Jak Vilşere həbs olunub. Londonda bir qadının qolunun qırılması ilə nəticələnən davaya qarışdığı iddia edilən futbolçu polis tərəfindən saxlanılıb. Lakin Vilşere həbsdə çox qalmayıb. Məhkəmə onun azadlığa buraxılması və azadlıqda mühakimə olunması ilə bağlı qərar qəbul edib. Futbolçu İngiltərə mətbuatına açıqlamasında bildirib ki, məqsədi davanı sakitləşdirmək olduğunu və böyük ehtimalla cəza almayacağını bildirib.