Müsavat başqanına Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına da dəvət edilib
30-08-2010
Müsavat Partiyasının başqanının ünvanına ABŞ və Avropa ölkələrindən çoxsaylı dəvət məktublarının gəlməsi artıq ənənvi hal alıb. İsa Qəmbər bu ilin oktyabr ayında bu dəvətlərin birini gerçəkləşdirmək və Nauman Fondunun təşkilatçılığı ilə Berlində keçiriləcək beynəlxalq konfransda iştirak etmək niyyətindədir.
Bu günlərdə isə daha bir dəvət məktubu Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən çatdırılıb. Müsavat başqanı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına dəvət edilib. Konfrans bu ilin dekabr ayında Kambocada keçiriləcək.