Astronomlar, bu ayın əvvəlindən dünyada maraqlı işıq nümayişlərinə səbəb olan günəş fırtınasının daha böyüyünün irəlidə olduğu xəbərdarlığını ediblər
30-08-2010
FaktXeber.com-un "Nature" jurnalına istinadən verdiyi məlumata görə, 2012-ci ildə baş verəcəyi təxmin edilən bu böyük fırtınanın 100 milyon hidrogen bombasının gücünə ekvivalent bir qüvvəylə Dünyanı vuracağı təxmin edilir.
NASA bu ay baş verənlərin yalnız Günəşdə hazırlanmaqda olan nəhəng fırtınanın xəbərçisi olduğunu bildiri.
2006-cı ildən bəri bu fəlakəti müşahidə edən NASAnın xəbərdarlığına görə, fırtına 2012-ci ildə Dünyanı vurduqda, planetimizin hər bir yerində yüksək təqziyq problemləri baş verə bilər.
1859 və 1921-ci illərdə baş verən analoji böyüklükdəki fırtınalardan sonra Yer kürəsinin daxilində bir xaos baş vermiş, teleqraf xəttləri fəaliyyətini dayandırmışdı.
Araşdırmaçılar, içində olduğumuz texnologiya əsrində haqqında danışılan fırtınanın daha böyük diametrdə ziyan vura biləcəyini söyləyirlər.
Məşhur astronom Dave Reneke, "Astronomların ümumi qənaəti belədir ki, 2012-ci ildə baş verəcək fırtına, son 100 ilin ən şiddətlisi olacaq. Belə bir fəlakət, ondan ən çox zərər görəcək şəxslər tərəfindən ciddiyə alınmalıdır; hava şirkətləri, ünsiyyət şirkətləri və GPS sistemiylə işləyən hər kəs" - - deyə bildirib.
NASAnın hazırladığı hesabata görə, belə bir fəlakət əgər bu gün baş versə, 1-2 trilyon dollar zərərə səbəb olacaq və zərər görən sistemlərin tam təmiri üçün 4-10 il arası müddət lazım olacaq.