Faktxeber.com-un verdiyi məlumata görə, Kanadanın Toronto və Montreal universitetlərinin alimlərinin 12-16 yaşlı gənclər üzərində ortaq şəkildə reallaşdırdıqları araşdırmanın nəticəsinə görə, siqaret gənclərdə stressi aradan aparmır, əksinə stressi artırır.
"Addictive Behaviours" adlı tibbi jurnalın son sayında nəşr olunan araşdırma ilə əlaqədar məlumat verən qrup başçısı Maykl Kaiton bildirib ki, "siqaret çəksən sakitləşərsən" nəzəriyyəsini əsas götürdük və siqaretin mənfi təsirini araşdırdıq. Siqaretin həyatda problemlərlə boğuşan gənclərin sakitləşməsinin əksinə, onları daha da stressli hala gətirdiyini təyin etdik. Nikotin bədənin idarə mexanizmi üzərindəki mənfi təsirlərə səbəb olur. Artıq əminik ki, uzun müddət nikotinə məruz qalanlar, daha çox depressiya və stressə düşürlər.