İngiltərəli mütəxəssislər xərçəng diaqnozu ilə nəticələnə bilmə riski yüksək olan şikayətləri siyahılaşdırıb. Məqsəd isə həkim və xəstələri bu mövzuda şüurlandırmaqdır.
28-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, mütəxəssislər, səbəbini təyin etmək ümumiyyətlə çətin, ancaq xərçənglə birbaşa əlaqəsi olan əlamətləri ümumiləşdirərək, xəstələrə bu mövzularda diqqətli olmağı məsləhət biliblər.
Siyahının başında sidikdə qan və anemiya gəlir.
İngiltərədəki Keele Universitetində işləyən qrupa görə, bunlar arasında prostat qanama, öskürərkən qan gəlməsi, döşdə şişlik və ya ağırlıq, udqunma çətinliyi, menustrasiyadan sonrakı qanama və prostat testlərində anormal nəticələrin çıxması da yer alır.
Araşdırma qrupu, sonda xərçəng olaraq yoxlanılması ehtimalı 0.2 faiz və ya daha yüksək olan şikayətləri toplayaraq işə başlayıb.
Amma buna baxmayaraq, yenə də bu, sözügedən şəxsin xəstəliyə sahib olduğu şəklində şərh olunmamalıdır.
Mütəxəssislər ayrıca olaraq sözügedən əlamətlərdən hansının hansı yaş qrupu üçün xərçəng yaratdığını da araşdırıb.
Bunun üçün bu sahədə əvvəllər həyata keçirilmiş 25 araşdırmanın nəticələrindən istifadə edilib.
Xəstə 55 yaşdan aşağıdırsa, riskləri 0.2 faizə gətirən yalnız iki əlamət var.
Bunlar prostat müayinəsində anormal nəticələr və döşdəki ağırlıqdır.
55 yaşdan yuxarılar üçün udqunma çətinliyinin qırtlaq xərçəngi xəbərçisi ola biləcəyi müəyyənləşib, amma bu yalnız kişilər üçündür.
Buna qarşılıq olaraq sidikdə qan 60 yaşdan yuxarılar üçün həm qadın, həm də kişilərdə müşahidə olunur.
İngiltərənin xərçəng araşdırmaları təşkilatı Cancer Research UK isə, xərçəng üçün erkən xəbərdarlıq işarələrinin bunlardan ibarət olmadığını bildirib.
Təşkilatın açıqlamasında, "Bu araşdırmada önə çıxarılan səbəblər hal-hazırda onsuz da xərçəngin potensial xəbərçiləri arasındadır. Ancaq 200-dən çox xərçəng növü var, bunların yaratdığı işarələr də çox müxtəlifdir" - deyilir.
"Bu səbəbdən bədəninizdə kənar və təsirini davam etdirən bir dəyişiklik görürsünüzsə, ona nəzarət etdirmək çox əhəmiyyətlidir. Xərçəng erkən mərhələlərində diaqnoz edildikdə, müalicənin müvəffəqiyyət şansı da yüksəlir" - deyə qeyd olunur.