Göz Erqonomikası Laboratoriyası mütəxəssisləri maraqlı nəticəyə gəliblər
27-08-2010
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, ABŞ-ın Göz Erqonomikası Laboratoriyası mütəxəssislərinin qənaətinə görə, gözlər üçün ən təhlükəsiz kompüter şrifti Verdanadır. Ekranda mətnlərin oxunması üçün ən münasib şriftin ölçüsünün isə 10-12 keql olduğu bildirilir. Tədqiqatların rəhbəri Cim Şidinin sözlərinə görə, şriftin ölçüsünün kiçik olması görmə qabiliyyətinin zəifləməsinə və diqqətin yayınmasına gətirib çıxarır.
Verdana şrifti 1996-cı ildə rəssam Metyu Karter tərəfindən “Microsoft” korporasiyası üçün hazırlanıb. Şriftin hərfləri sətirarası intervalın hesabına böyüdüldüyü üçün hətta kiçik keqldə belə çox asanlıqla oxunur.