Afrikanın şərqində yerləşən Keniya, Ruanda, Tanzaniya, Uqanda və Zanzibarda təşkil olunan əməliyyatlar zamanı 80 nəfər həbs olunub
27-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Afrikanın şərqində yerləşən ölkələrdə istifadəsi yararsız olan külli miqdarda dərman aşkar olunub. İnterpolun təşkil etdiyi əməliyyatlar zamanı 10 ton saxta dərman ələ keçirilib. Qeyd edək ki, Afrikanın şərqində yerləşən Keniya, Ruanda, Tanzaniya, Uqanda və Zanzibarda təşkil olunan əməliyyatlar zamanı 80 nəfər də həbs olunub.
Məlumat üçün bildirək ki, Dünya Səhiyyə Təşkilatının köməyi ilə İnterpolun son iki ay ərzində təşkil edilən əməliyyatlarda saxta dərmanların istehsalı, qaçaqmaçılığı və satışıı ilə məşğul olan kifayət qədər şəxs həbs edilib.