"Clinical Orthodontics adlı tibb jurnalında nəşr olunan araşdırmada mütəxəssislər pirsinqdən imtinanı məsləhət görürlər
26-08-2010
Alimlər son illərdə gənclər arasında dəb halına gələn pirsinqlərin (bədənin müxtəlif yerlərinə deşilərək sırğaların taxılması - red.) dilə yerləşdirilməsi halında, ön dişlərin arasında məsafələr yarandığını müəyyənləşdiriblər.
FaktXeber.com-un verdiyi məlumata görə, Buffalo Universitetinin alimləri, sözügedən sırğaların dişlərə sürtməsindən müxtəlif çətinliklərin və ayrıca olaraq infeksiyanın yarandığını söyləyiblər.
"Clinical Orthodontics adlı tibb jurnalında nəşr olunan araşdırmada, mütəxəssislər bu bəzəklərdən imtina edilməsini təklif edirlər. Araşdırmaçılar, dilində piirsinq olan insanlarda, dilin sırğanı dişlərə doğru itələdiyini və bu səbəblə dişlər arasında məsafə yarandığını açıqlayıblar.
Bunların yalnız dişlərə zərər vermədiyini söyləyən elm adamları, həddindən artıq qan itkisi, infeksiya, diş ətlərində zədə ilə, ən ağır hallarda isə beyində xərçəng kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxardığına diqqət çəkiblər.