BP neft şirkətinə aid bir quyudan sızan neftin çirkləndirdiyi Meksika Körfəzində, dənizə yayılan nefti yeyən bir mikrob kəşf edildi.
26-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, alimlər, neft platformasındakı partlayışdan sonra okeana yayılan milyonlarla barrel neftlə əlaqədar suyun dərinliklərində araşdırma apararkən, bu yeni mikrobu tapıblar.
Bu yeni növ mikrobun, Manhetten böyüklüyündəki bir ərazidə nefti sürətlə parçaladığı aşkar olunub.
Lawrence Berkeley Milli Laboratoriyasından Kerry Hazenin rəhbərliyi ilə yaradılan araşdırmaçılar, mikrobun hidrokarbonları parçalayarkən, sudakı oksigeni məlum olan digər neft yeyən bakteriyalar kimi çox istehlak etmədiyini müəyyənləşdiriblər.
Araşdırmaçıların tapıntıları, 25 may - 2 iyun tarixləri arasında dənizin dərinliklərindəki 17 nöqtədən götürülən 200 analizin cavabına söykənir. Neftlə çirklənmiş sudakı mikrobun "Oceanospirillales" nəslinə yaxın yeni bir növ olduğu bildirilir.