Bu yaxınlarda ABŞ ordusunun Əfqanıstanda icra etdiyi əməliyyatlarla əlaqədar minlərlə gizli sənədi nəşr edən "Wikileaks" internet saytı, öz ifşa işlərini davam etdirir
26-08-2010
Faktxeber.com-un Wikileaks-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, sayt bu dəfə, ABŞ-ın "terror ixrac edən bir ölkə" olaraq görsənməsi ehtimalına qarşı CİA tərəfindən hazırlanan gizli bir hesabatı nəşr edib. Hesabatda, ABŞ-ın bu cür görsənməsinin xarici işlərinə zərbə vuracağı bildirilir.
ABŞ ordusunun Əfqanıstandakı dinc sakinlərin ölümlərinə gətirib çıxaran və qeydə alınmayan hadisələrlə əlaqədar çox gizli sənədləri nəşr edərək dünya səs salan "Wikileaks" internet saytının son ifşası, ABŞ-ın "terror və ya terrorçu ixrac edən ölkə" olaraq tanınma ehtimalıyla əlaqədar hazırlanan gizli bir CİA hesabatı oldu.
CİA direktoruna işləyən "Redd Cell" qrupu tərəfindən hazırlanan hesabatda, "ABŞ-ın terrorla mübarizəsinin yalnız bəzi İslami və ya Orta Şərq, Afrika, Cənub Asiya mənşəli qruplara qarşı edildiyi kimi düşüncələrin yaxın zamanda geniş şəkildə qəbul edilməyə başlana biləcəyi" ehtimalına işarə olunur.
5 fevral 2010-cu il tarixli hesabatda bunlara nümunə olaraq, 5 nəfər ABŞ vətəndaşının Pakistanda Talibana qatılmasından sonra həbs edilməsi, Pakistan və ABŞ vətəndaşlığı olan bir nəfərin adını dəyişdirərək, Hindistanın Mumbai şəhərindəki 160-dan çox insanın ölümünə səsəb olan hücumlarda iştirak etməsi göstərilir.
Hesabatdakı bir başqa nümunə isə, bəzi Amerika yəhudilərinin İsrailin düşmənlərinə qarşı mübarizə üçün terroru dəstəklədiyi bildirilir. 1994-cü ildə New Yorklu yəhudi bir diş həkiminin, radikal bir yəhudi qrupa qoşulması və bölgədəki bir məscidə edilən basqında namaz qılan 29 fələstinlini öldürməsi də hesabtda yer alıb.
ABŞ rəhbərliyi narahatdır
Sənədin nəşr olunmasından sonra Amerika rəhbərliyindən reaksiya gəlib. CİA-nın sözcüsü Corc Little, hesabatda bəhs edilən mövzuların çox da əhəmiyyətli olmadığını söyləyib. Amma, "yenə də gizli sənədlərin nəşr olunması hər zaman olduğu kimi bizim üçün çətinlik yaradır" - deyə bildirib.
Qeyd edək ki, "Wikileaks" saytı bu yaxınlarda Əfqanıstan müharibəsinə aid 76 min daxili yazışmanı nəşr etmişdi. Amerika rəhbərliyi yayımlanan sənədlərə görə, sayta sərt reaksiya vermişdi.
Saytın qurucusu Julien Assange isə, hərbi sirri yayma iddialarıyla günahlandırılmışdı. Assange haqqında çıxarılan həbs əmri 1 gün ərzində ləğv edilmişdi.