Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2021
16:12
20 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi - Poliklinikadan açıqlama

Bakı sakini 20 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

F.Nifəliyevanın atası Ruhullah Kərimov müraciət edərək bildirib ki, iyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına “Sinovac” vaksininin ikinci dozası vurulub: “Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, “qızınız dəlidir, nevroloji problemləri” var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq”.

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində “Sinovac” peyvəndinin 2-ci dozasını qəbul edib: “Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.

Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
417

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
413

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
802

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
431

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
453

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
443

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
405

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
618
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 16:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru