Alimlər Yerdən ən azı 100 işıq ili məsafədə 7 planetli günəş sistemi kəşf edib
25-08-2010
FaktXebert.com-un verdiyi məlumata görə, Avropa Cənub Yarımkürə Astronomik Araşdırmalar Təşkilatı (ESO) astronomları, Çilidəki La-Silla rəsədxanada aşkar etdikləri ulduz və planetlərin, bizim Günəş sistemimizə çox bənzədiyini bildiriblər. Planetlərdən birinin, bu ana qədər kəşf edilmiş ən kiçik planet ola biləcəyi qeyd edilir. Digər 6 planetdən bəziləri Yerdən 13-25 dəfə daha böyükdür. Bir planetin isə Yerdən 1,4 dəfə böyük olduğu dəqiqləşib.
ESO astronomlarından Christophe Lovis, "Böyük ehtimalla indiyə qədər kəşf edilən ən çox planetli sistemi tapdıq. Bu əhəmiyyətli kəşf, Günəşdən başqa bir ulduz ətrafında fırlanan planetlərin araşdırıldığı yeni bir dövrə girdiyimizi də göstərir" - deyə bildirib. Mütəxəssislər, bizim sitemə bənzər günəş sistemi kəşflərinin həyəcanverici olduğunu vurğulayır. ESO astronomları, 3,6 metrlik bir teleskopa yerləşdirilmiş HARPS spektroqrafından istifadə edərək "HD 10180"-i 6 il boyunca araşdırıb.
Fransa, Almaniya, Portuqaliya və İsveçrədən olan alimlərin etdiyi bu kəşf, "Astronomy and Astrophysics" jurnalında nəşr olunub. Astronomlar, son 15 ildə 450-dən çox planet kəşf edib.