Beynəlxalq Əfv Komissiyası Kanadanı sərt ittiham etdi
Beynəlxalq Əfv Komissiyası Kanadanı insan haqlarını kobud şəkildə pozduğuna görə, kəskin tənqid edib
25-08-2010
Beynəlxalq Əfv Komissiyası Kanadanı insan haqlarını kobud şəkildə pozduğuna görə, kəskin tənqid edib.
Faktxeber.com-un FransPress xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Komissiya rəhbəri Salil Shetty, “Ümumdünya Vətəndaş Həmkarlığı Təşkilatı”nda çıxışı zamanı, Kanadada baş verən insan haqqlarının pozulması məsələsinin ciddi olduğunu bəyan edərək deyib: “Bu ölkədə demokratik fəza getdikcə öz rəngini itirməkdədir. Kanadanın keçmiş durumu ilə indiki vəziyyətini müqayisə etdikdə olduqca narahat edici bir halla üzləşirik.”