Bu hadisə digərlərindən bir az fərqlidir, girov alınan polis, girov alanlar isə arılardır
19-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞda çox maraqlı bir girovgötürmə hadisəsi baş verib. Ancaq bu hadisə digərlərindən bir az fərqli olub, girov alınan polis, girov götürən isə arılar olub...
ABŞ-ın Şimali Karolina ştatında baş verən hadisədə, polis şefi Brandon Jenkins, patrul keşiyi çəkdiyi vaxt, şosedə qəza nəticəsində aşmış bir yük maşını aşkar edir.
Sürətlə qəza yerinə çatan polis şefi, yük maşınının arxasındakı 60 qutudakı 50 min arıdan isə xəbərsiz olub... Ancaq, sarsıntıdan aşmış qutulardan ətrafa yayılan arıların hissə edilməsi çox uzun sürmür.
Gənc polis şefi bir bulud kimi başının üstünü alan arılardan canını qurtarmaq üçün avtomobilinə girməyə məcbur olub. Ancaq arılar polis maşınının dörd bir tərəfini tutaraq polisi avtomobildə əsir alıb. Jenkins əsirlikdən yalnız bir neçə arı sancmasıyla xilas olub.