Alimlərin Avstraliyadakı kəşfi, "ən qədim heyvan" müzakirəsini yenidən başladıb
19-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞın Princeton Universitetindən olan alimlər, Cənub Avstraliyada buz dövründən qalma qayaları araşdırarkən, təsadüfən 650 milyon il əvvəl yaşamış dəniz süngəri qalığı tapıb. Daşlaşmış qalıq hissə-hissə kəsilərək kompütrdə yenidən qurulub və üçölçülü rəsmi yaradılıb. Araşdırmanı icra edən Adam Maloof, nəticədə 1 santimetr ölçüsündə bir süngər növü ortaya çıxdığını söyləyib.
Müdhiş kəşf, elm dünyasında heyvanların ilkin olaraq nə vaxt yarandığına dair yeni müzakirə yaradıb. Bu günə qədər heyvanların ilk dəfə 635 milyon il əvvəl dünyanın səthinin buz tutduğu "Qartopu Dünya" olaraq adlandırılan buz dövründən sonra ortaya çıxdığı düşünülürdü. Bəzi alimlər dəlillərin yetərli olmadığını, qalıqların əslində minerallaşmış bakteriyalar, ya da təkhüceyrəli canlılar ola biləcəyini söylədi. Bu kəşfdən əvvəl olan ən qədim qalıq, 550 milyon il əvvələ aid idi.