Avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyeva ötən ilin aprel ayında Dövlət Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı təqsirləndirilənlər Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulovun isə barəsində 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib.Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət törətmələri sübuta yetirilməsi barədə açıq şübhələr vardı.
Təqsirləndirilənlərin işgəncələrə məruz qalması, onların cinayti törətməsi barədə konkret sübutların olmaması ortada idi. Müdafiə tərəfi də hesab edirdi ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq həbs ediliblər. Lakin Ramella Allahverdiyeva məhkəmədə səslənən faktları özünü müdafiə kimi qiymətləndirdi və ibtidai istintaqın gəldiyi nəticəni əsas götürərək, hökm çıxardı. Hökümdən dərhal sonra ekspertlər çıxarılan hökmün qanunsuz və əsassız olduğunu iddia etdilər. Təqsirləndirilən şəxslər və onların da qohumları məhkəmə hökmünün sifarişli olduğunu bildirdilər. Əldə etdiymiz məlumata görə gənclərə hökm oxuyandan sonra hakim Ramella Allahverdiyevanın özüdə ağlayıb. Mənbə bildirib ki, daxilən höklə razı olmayan xanım hakimin hətta səhhəti pisləşib.