
Faktxeber.com-un verdiyi məlumata görə, Dindarların Hüquqlarını Müdafiə Komitəsi bu gün növbəti toplantısını keçirib. Məlum olduğu kimi, bu il fevral ayının 13-də bir qrup mömin Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədər əzadarlıq edəndən sonra Hacı Sultanəli məscidindən çıxaraq Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına getmək istərkən Yasamal və Səbayel rayon polislərinin zorakılığı ilə qarşılaşmış, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Uzun çəkən məhkəmə prosesindən sonra Yasamal rayon məhkəməsi 5 nəfər dindarın – Elmar Səmədov, Elçin Abbasov, Ağaəli Yəhyayev, Seynur Hüseynov və Bilal Əhmədovun barəsində hökm çıxararaq, onlardan ikisinə 4, üç nəfərinə isə 4,5 il cəza kəsmişdir. Dünən isə Dindarların Hüquqlarını Müdafiə Komitəsinin üzvləri təcili toplantı keçirərək məsələyə öz münasibətlərini bildirmiş, bundan sonra atılacaq addımar barədə müzakirələr aparmışdır.
Toplantını açan Hacı Akif Heydərli indiyə qədər apaırlmış ibtidai və məhkəmə istintaqı barədə ətraflı məlumat verərək, möminlərin əsassız ittihamlarla məhkum edildiklərini, onlara qarşı qərəzli mövqe tutultuğunu bildirdi. Sonra söz Müdafiə Komitəsinin üzvü Hacı Hacıağa Nuriyə verildi.
13 fevral hadisələri və bununla bağlı aparıan istintaq prosesini Azərbayanın müstəqillik tarixində qara ləkə adlandıran Hacı Hacıağa, üzvü olduğu komitənin işin öhdəsində lazımi səviyyədə gələ bilmədiyini vurğuladı. O, bununla belə bir sıra hüquq-müdafi təşkilatları ilə birgə işlədikləri haqda da məlumat verdi. Və dedi ki, komitə bütün baş verənlərdən nəticə çıxarmalı, bundan sonra daha ciddi iş görməlidir: «Maraqlıdır ki, müstəqil qurum tərəfindən həmin hadisə tam təfərrüatı ilə çəkilib. Orda polislərin dindarları necə vəhşicəsinə döydüyü açıqca görünür. Bununla bağlı qarşılıqlı iddia qaldırılmalıdır. Bizim əlimizdə dindarların günahsız olduğu barədə sübutlar çoxdur. Rayonlardan da onların müdafəsinə qoşulanlar, həbslərinə etiraz edənlər var. Bu haqda bizə məktublar daxil olub. Biz Avropa Məhkəməsinə çıxmalı, sonadək mübarizə aparmalıyıq».
Komitənin digər üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də məhkəmənin qərarını ədalətsiz adlandırdı. Və dedi ki, bu, əslində İslama qarşı hücumdur. Bu isə Qərbin, sionizmin birbaşa təsirləri altında baş verir: «Bu həm də Qafqaz Müsəlmanları İdarəsinin, onun sədrinin «bostanına» daş atmaqdır. Hacı Allahşükür Paşazadə də bu məsələyə münasibətini açıqlamalı, reaksiya göstərməlidir.. Bu eyni zamanda Azərbaycan dövlətçilyinə, onun müstəqilliyinə də həqarətdir». E.Quliyev hadisənin videolentə alındığını xatırladaraq dedi ki, bu, fakt olsa da, dindarlar maraqlı tərəfin sadəcə rəyi əsasında həbs ediliblər. Hesab edirəm ki, bu məsələdə siyasi motivlidir.
Müdafiə Komitəsinin üzvü Gündüz Hacıyev də ibtidai istintaqın gedişi barədə məlumat verərək, dindarlardan zorla ifadə alındığını, guya kənardan idarə olunduqları ilə bağlı onlara böhtan atıldığını söylədi. O,daha sonra məhkəmə prosesinə toxunaraq qarşı tərəfinin iddiasının bu prosesdə tamamilə darmadağın olduğunu vurğuladı: «Hər iki proses onlara qarşı iddiaların qərəzli olduğunu göstərdi. Məhkəmə də çox ədalətsiz qərar çıxardı. Bizim əlimizdə kifayət qədər sübutlar, sənədlər var. Məhkəmə sadəcə hakimiyyətin əlində vasitəyə çevrilib. Məhkəmənin qərarı hakimiyyətin sifarişi ilə çıxarılıbsa, onda biz də ictimai-syasi proseslərə qoşulub ictimaiyyətin müdafiəsini əşkil etməlyik».
Komitə üzvü Hacı Xudu Xudiyev isə dedi ki, Müdafiə Komitəsi prseslərin gedişi, ictimaiyyətin bu məsələyə münasibəti ilə yaxından tanış olmalı, bu haqda ətraflı məlumat toplamalıdır. Azərbaycan hökuməti insan huquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara imza atıb. Hər yerdə də bilirlər ki, möminlər, əqidəli insanlar heç vaxt aqressiv ola bilməzlər. Onlara qarşı ədalətsizlik nümayiş etdirilib. Təəssüflər olsun ki, bu cür proseslər İslama münasibəti bəlli olan Qərbin, sionizmin təzyiqlərinin nəticəsində müstəqil Azərbaycanda baş verir».
Digər komitə üzvü, Hacı Mövsüm Səmədov da ibtidai və məhkəmə istintaqının gedişinə toxundu. Və dedi ki, hər ki proses dindarların həqiqəən də heç bir təqsirinin olmadığını göstərdi. O da hesab etdiyini bildirdi ki, qərar tam qərəzli və ədalətsizdir: «Bir ölkədə ədalətsizlik baş alıb gedirsə, onda bu, ilk növbədə həmin ölkənin müstəqilliyinə təhlükə yaradır. Bunu hamı nəzərə almalıdır. Ancaq əfsuslar olsun ki, möminlər barədə hökm hüquqi yox, siyasi motivlər əsasında çıxarılıb. Biz Müdafiə Komitəsinin üzvləri kimi çalışmalıyıq ki, dindarların hüquqlarını sonadək müdafiə edək. Komitə eyni zamanda xalqın dəstəyini də öz üzərində hiss etməlidir».
Dindarların Hüquqlarını Müdafiə Komitəsi sonda belə qərara gəldi ki:
Yasamal rayon məhkəməsinin qanunsuz və ədalətsiz qərarına etiraz olaraq Ədliyyə Nazirlyinin qarşısında aksiya keçirilsin; Polisin dindarların dini mərasiminə kobud fiziki müdaxiləsi zamanı müxtəlif dərəcəli xəsarət alan insanların müvafiq instansiyalara şikayəti təmin edilsin; Dindarların hüquqları bütün məhkəmə instansiyaları ilə müdafiə olunsun; Müdafiə Komitəsinin fəaliyyəti daha da gücləndirilsin, ictimai təşkilatlarda işin effektivlyi yüksəldilsin.
Sonda Dindarların Hüquqlarını Müdafiə Komitəsi bəyanat qəbul edib. Bəyanatda deyilir:
Məlum olduğu kimi, bu ilin fevral ayının 13-də bir qrup dindar Məhəmməd Peyğəmərin (s) vəfatı gününün dini ayin kimi qeyd etmək və Xocalı faciəsinin ildönümü ərəfəsi olduğuna görə Şəhidlər Xiyabanına ziyarət etməyi qərara almışlar. Onlar yolda Yasamal və Səbayel rayonlarının polis əməkdaşlarıın qanunsuz müdaxiləsi kobud və ağlasığmaz fiziki zoru ilə qarşılaşmışlar. Bundan sonra beş dindar haqındahəbs-qətimkan tədbiri seçilmiş və məzhəkəli məhkəmə istintaqı zamanı görünməmiş ədalətsizliklə güynahsız insanlara ağır cəza elan olunmuşdur. Dindarların Hüquqlarının Müdafiə Komitəsi beş nəfər dindarın dini mərasimdə iştirakına görə həbs olunmasına və məhkəmə hökmü ilə üç nəfərin 4,5 il, iki nəfərin isə 4 il həbs cəzası iləcəzalandırılmasına qəti etirazını bildiir. Biz bir daha bəyan edirik ki, bu insanlar tam günahsızdır və onlara oxunan hökm heç bir hüquqa, qanuna və əxlaqa sığmayan addım kimi qiymətləndirilir. Məhkəmə istintaqını izləyən və hətta geniş ictimaiyyət qərəzli, dindarlara qarşı məqsədli məhkəmə hökmündən ciddi narahatlıq keçirir və bu addımın syasi mahiyyət daşıdığını, insan hüquqları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarla, Azərbaycan Konstitusiyası, «Dini etiqad azadlığı haqqında» qanunla daban-dabana zidd olduğunu bildirir.
Qərəzli aparılan ibtidai istintaqın məhkəmə hökmündə əsas kimi qəbul olunması sübut edir ki, ölkəmizdə müstəqil məhkəmə hakimiyyətindən söhbət gedə bilməz. İnsanlar məhkəmə salonlarında mühakimə olunaraq törətdikləri əmələ görə deyil, məxsus olduqları əqidəyə, xüsusi maraqlara və kənar təsirlərə görə cazalandırılırlar. Azərbaycan dövlətçiliyinə ağır zərbə vuran bu cür addımlar hər bir vətəndaşın haqsız, qərəzli və ədalətsizcəsinə ləkələnməsi və mühakimə olunmasına yönəlmişdir. Biz günahsız dindarların pozulmuş hüquqlarının və azadlıqlarının bərpa olunmasını müvafiq orqanlardan tələb etməklə, həm də hər bir müsəlmanın öz azadlıqları naminə bu insanları müdafiə etməyi tövsiyə edirik. Azərbaycanda qanunçuluğun qorunması, hüquqi dövlətin yaradılması məhz hər bir vətəndaşın hüquq və azadlıqlarının qanun çərçivəsində qorunmasından başlanmasını əsas götürərək onu kobudcasına pozan qanun keşikçilərinə onların ədalətsiz əməllərinə qəti etirazımızı bildiririk.
E.Quliyev
A.Nağı
X.Xudiyev
M.Səmədov
G.Hacıyev
H.Nuri
14 avqust 2010-cu il


Nəriman