Rusiya prokuroru tərəfindən hazırlanan bir hesabata görə, həbsxanalardakı məhbusların 90 faizinin səhhət problemləri var. Hesabata görə hər gün 11 məhbus həbsxanada bu problemlərə görə dünyasını dəyişir.
14-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya prokurorunun hesabatı Rusiya həbsxana sisteminin fəlakət səviyyədə olduğunu göstərir. Hesabata görə, həbsxanalardakı məhbusların 90 faizinin başda vərəm, AİDS və hepatit növləri olmaqla sağlamlıq problemləri var. Hesabatda həbsxanalardakı sağlamlıq materiallarının köhnə olması buna səbəb kimi göstərilir.
"Həbsxana həkimlərinin iş səviyyələrinin aşağı olması maliyyəylə əlaqədardır" - deyilən hesabatda, 2010-cu ildə məhbusların sağlamlıq xidmətləri üçün lazımlı fondun yalnız 24 faizindən faydalandığı qeyd edilir. Hesabatda səhiyyə texnikalarının 60 faizinin 1970-1980-ci illərə aid olduğu bildirilir.
Prokurorluq tərəfindən hazırlanan əvvəlki hesabatda 2009-cu ildə də 4 min 150 məhbusun müxtəlif xəstəliklər səbəbiylə öldüyü göstərilmişdi. Yalnız Moskva bölgəsində müalicə qeyri-kafiliyindən 55 məhbus həyatını itirib. Rusiya prokurorunun hesablarına görə, hər gün 11 məhbus həbsxanada ölür.