FaktXeber.com-un "Sky News"-a istinadən verdiyi məlumata görə, Amerikada ştatlar arasında ilk dəfə Alabama ştatı "BP" və "Transocean" şirkətlərini məhkəmə ilə imtahana çəkib. Alabama ştatının prokuroru Troy Kinq, adı çəkilən şirkətləri ştata maddi və mənəvi ziyan vurduqları üçün məhkəməyə verib. Troy Kinq prokuroru olduğu ştata kompensasiya ödənilmədiyi üçün bu addımı atdığını bildirib. Qeyd edək ki, Alabama ştatının prokuroru bu addımı ştatın qubernatoru Robert Rayli ilə məsləhətləşmədən edib. Məlumat üçün bildirək ki, bu il 20 aprel tarixində BP şirkətinin Meksika Körfəzindəki neft quyusunda sızma baş vermi. və körfəz əraziləri bu sızmadan böyük ziyan görmüşdür.