Banqladeşli fotoqraf Şekzad Nurani "Uşaq Əməyinə Yox!..." adlı fotosessiya ilə ürək ağrıdan mənzərələri göz önünə gətirib
14-08-2010
Faktxeber.com-un verdiyi məlumata görə, Banqladeşli fotoqraf Şekzad Nurani “Uşaq Əməyinə Yox!...” adlı fotosessiya ilə ürək ağrıdan mənzərələri göz önünə gətirib. Dözülməz şəraitdə pul qazanmaq üçün işləyən qadınlar bir gün üçün 40-70 sent qazana bilirlər. Onların işi isə zibilliklərdən, məişət tullantılarının arasından təkrar emal olunmaq üçün batareykaların yığılmasıdır. Anaları ilə bərabər bu işi görən uşaqlar üçün bir həftədə 50 sent qazana bilmək isə böyük xoşbəxtlikdir.