İngiltərədə hazırlanan bir gel, xroniki hala gəlmiş yaraları tamamilə sağalda bilir
13-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərədəki London Universitetindən prof.David Becker və komandasının hazırladığı bir gel, xroniki hala gəlmiş yaraları tamamilə sağaldır. ABŞlı Connie McPhersonun 3 ildir sağalmayan qıç xorası üzərində sınaqdan çıxarılan gel müvəffəqiyyətli olub. Qıç xorasının ilk mərhələlərində müalicəyə başladıqda, gel yaranı 4 həftədə, xoranın daha sonrakı mərhələlərində isə 6 aya yaxşılaşdıra bilir. Ayrıca olaraq, gözlərində kimyəvi yanıqlar olan başqa bir xəstədə də müsbət nəticə əldə edilib. Gel digər müalicələrə görə, 5 qat sürətli müalicə təmin edir.