Almaniyanın Səhiyyə Nazirliyi spirtli içki istehlakından ölənlərin illik saylarını açıqlayıb
09-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Almaniya Səhiyyə Nazirliyi tərəfindən açıqlanan hesabatda, sözügedən ölkədə hər il orta hesabla 74 000 adam spirtli içki istehlakından və bu istehlakdan yaranan xəstəliklər səbəbindən həyatını itirir.
Hesabata görə, Almaniyada yaşayan 18-64 yaşlar arasında 9,5 milyon insan nizamlı şəkildə spirtli içki istehlak edir. 1,3 milyon insan isə artıq içki düşkünüdür.