Orta Asiya respublikalarından pul qazanmaq üçün Rusiyaya gedən immiqrant işçilər geri qayıdarkən təkcə pul gətirmirlər
09-08-2010
FaktXeber.com-un verdiyi məlumata görə, 1991-ci ildə Sovetlər Biriliyin dağılmasından sonra iqtisadi cəhətdən yüksəliş əldə edə bilməyən Orta Asiya respublikaları vətəndaşları uzun illərdir Rusiyaya immiqrant işçi olaraq işləməyə gedirlər. Özbəklər, qırğızlar, türkmənlər, qazaxlar və taciklər bu ölkədə ən ağır şərtlərdə, təhqirə məruz qalaraq və hətta irqçi rusların hücumuna məruz qalaraq ailələrini dolandırmağa çalışırlar. Təkcə ötən il Rusiyada irqçi hücumlar nəticəsində 100-ə yaxın insan küçə ortasında öldürülüb, yüzdən çox isə yaralanıb.
Yığdıqları pullarla məmləkətlərinə dönən immiqrant işçilər özləri ilə birlikdə AİDS xəstəliyini də gətirib ailələrinə yoluxdururlar. Rusiya, Ukrayna, Şərqi Avropa və Orta Asiyada 2001-2008-ci illər arasında AİDS-li xəstələrin sayı 66 faiz artaraq 1,5 milyona çatıb.
Orta Asiya ölkələrində cinsi yolla yayılan xəstəliklər barədə açıq danışılmır. Buna görə də həyat yoldaşları arasında xəstəliyin yayılma riski çox yüksəkdir.
Orta Asiyada AİDS nisbəti Rusiya, Ukrayna və Afrika ölkələriylə müqayisədə çox aşağıdır. Lakin tədbir görülməsə, rus qadınları tərəfindən yayılan bu öldürücü xəstəlik aylar, illər boyunca Rusiyada tək yaşayan kişilər tərəfindən Orta Asiyaya daşınmağa davam edəcək.