Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2012
13:39
7 dəfə Ceyms Bond rolunu oynayan Rodcer Mur çəkiliş meydanında atəş açmaqdan qorxurmuş
O, atəş açarkən güllə səsini eşitməmək üçün qulağını tıxacla bağlayırmış

FaktXeber.com-un verdiyi məlumata görə, 12 il müddətində kinoekranlarda  müasirliyin ən əsas casusu – Ceyms Bondu canlandıran əfsanəvi britaniyalı aktyor Rocer Mur etiraf edib ki, çəkiliş zamanı ən çox əziyyət çəkdiyi məsələ tətiyə basmaq idi.

«Sinema» kinosənayesinin jurnalına müsahibəsində 85 yaşlı aktyor çəkiliş meydanında atəş səsinə heç cürə alışa bilmədiyini deyib: «Mən  atışmadan nifrət edirdim. Hər dəfə tətiyi çəkməzdən əvvəl  gözlərimi qıymaq məcburiyyətində qalırdım. Məhz bu səbəbdən qulaqlar üçün tıxacdan istifadə etmək məcburiyyətində qaldım».

Ümumiyyətlə aktyor çəkiliş vaxtı tez-tez qorxu hiss keçirdiyini bildirib: «Ən yaxşı hissləri evə qayıdarkən barmaqlarımı sayanda və «yaxşı ki, hamısı yerindədi» deyə düşünəndə keçirirdim» .

Qeyd edək ki, Mur "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), «Məni sevən casus» («The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonrake, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Qətl mənzərəsi" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com