Yazının XXIII hissəsinə keçid
Hazırda narkoticarət bu planda bir qədər dəyişmişdir ki, Şimali Amerika bazarının əhəmiyyətli hissəsini o qədər də bahalı olmayan kokain tutmuşdur. Altmışıncı illərdə Honkoqdan, Livandan və Dubaydan gələn heroin seli ABŞ-ı və Avropanı qərq etmək təhlükəsi yaratmışdı. Bir müddət sonra tələb təklifi üstələyən vaxt kokainə keçmək qərara alındı. Lakin indi, 1991-ci ilin sonlarında əks tendensiya müşahidə olunur; nisbətən aşağı təminatlı təbəqələrdə kokain ağlasığmaz populyarlıq qazanmış olsa da, bu gün birinci yerdə yenə də heroindir.
Deyilənə görə, narkomanları heroin daha çox qane edir; onun təsiri kokainə nisbətən daha güclüdür və daha uzun müddət davam edir, digər tərəfdən, heroin istehsalçılarına beynəlxalq diqqət də Kolumbiya kokain kartellərinə olduğu kimi böyük deyil. Eynilə bu da az ehtimal olunur ki, Çin ordusunun nəzarəti altında olan “Qızıl üçbucaqda” tiryək istehsalına son qoyulması üçün ABŞ real səylər göstərmiş olsun. Əgər hər hansı bir ölkə tiryək ticarətinə mane olmağa çalışsa, ciddi müharibə baş verə bilər. Tiryək ticarətinə ciddi hücum Çinin hərbi müdaxiləsinə səbəb ola bilərdi.
Britaniyalılar bunu bilir; “kökənin” daha böyük hissəsinin kimə çatacağı ilə bağlı təsadüfi deyişmələr nəzərə alınmasa, britaniyalılar Çinlə heç vaxt küsüşmürlər. Böyük Britaniya artıq iki yüz ildən çoxdur ki, Çində tiryək ticarətində iştirak edir. Heç kəs bu dərəcədə axmaq olmayacaq ki, britaniyalı oliqarxların hesablarına milyonlarla və milyardlarla dollar axdığı, eləcə də London və Nyu-York birjalarında birlikdə satılan qızıldan çox qızılın Honkonq bazarında satıldığı bir vaxtda qayığı yırğalasın.
“Qızıl üçbucağın” ərazisindəki təpələrdə çinli və ya birmalı xırda narkotika alverçisi ilə hər hansı bir razılığa gələ biləcəyini səmimi olaraq düşünən insanlar, görünür, bütün bunların arxasında nəyin durduğunu qətiyyən təsəvvür etmirlər. Əgər onlar bunu bilsəydilər, onda tiryək ticarətinə son qoyulması barədə heç kəkələməzdilər də. Bu mövzu ətrafında söhbətlər yalnız Çində tiryək ticarətinin miqyasları və xarakteri barədə heç bir məlumatın olmadığını nümayiş etdirir. Böyük Britaniyalı plutokratlar, rus KQB-si, MKİ və ABŞ bankirləri – hamı Çinlə əl-ələ verib işləyir. Kim isə bu ticarəti saxlaya və ya heç olmasa ona xırdaca bir xələl gətirə bilərmi? Bunu təsəvvür etmək absurd olardı.
Heroin nədir və bu gün ona kokainə nisbətən nə üçün daha çox üstünlük verirlər? Bu məsələdə görkəmli nüfuz sahibi olan professor Qalenə görə, heroin – bu, tiryəkdən alınan, hissləri kütləşdirən və uzunmüddətli yuxu doğuran narkotikadir. Narkomanların əksəriyyəti də məhz elə bunu sevir, bu, “Morfeyin ağuşunda olmaq” adlandırılır. İnsana məlum olan qalan bütün narkotiklərə nisbətən tiryək daha tez vərdiş doğurur. Bir çox farmasevtik vasitələrdə müxtəlif dərəcədə tiryək istifadə olunur və hesab edilir ki, siqaret istehsalında istifadə olunan kağıza əvvəlcə tiryək hopdurulur. Siqater çəkənlər bax buna görə öz vərdişlərinə belə bərk bağlıdırlar.
Tiryəkin alındığı lalə toxumu Hindistan Moqollarına lap çoxdan məlum idi. Onlar bunu çayla qarışdırır və çətin həmsöhbətlərə təklif edirdilər. Bu bitki həm də xloroform və digər anestetikləri geniş surətdə əvəz edərək, keçmiş dövrlərin ağrıkəsici vasitəsi kimi istifadə olunurdu. Tiryək viktorian Londonunun feşenebelli klublarının hamısında populyar idi və sirr deyildir ki, Haksli qardaşları onu intensiv istifadə edirdi. Elladanın orfik-dionisiya kultlarının və viktorian cəmiyyətinə daxil olan Ptolomey Misirində Ozaris-Qor kultunun üzvləri, hamı tiryək çəkirdi, çünki “belə qəbul edilmişdi”.
Bizim hansı dünyada yaşamalı olduğumuzla bağlı qərar qəbul etmək üçün 1903-cü ildə “Müqəddəs Ermin” hotelində toplaşanlar da eyni şeyi etmişdi. “Müqəddəs Ermin” hotelində keçirilən yığıncaqda iştirak edənlərin nəsillərinin davamçılarını biz indi Komitet 300-də tapa bilərik. Məhz bu, üzdəniraq, liderlərin ətraf mühitdə doğurduqları dəyişikliklər narkotiklərin yayılmasını elə bir həddə çatdırmışdır ki, hüquq-mühafizə və güc orqanlarının adi metodlarının köməyi ilə bu gün bunun qarçısını almaq artıq mümkün deyil. Bu hal xüsusilə də böyük şəhərlərin gerçəkliyidir, çünki böyük əhali sıxlığının hökm sürdüyü iri şəhərlərdə nəyin baş verdiyini gizlətmək daha asandır.
Kral dairələrində bir çox insan mütəmadi qaydada tiryək çəkirdi. Favoritlərdən biri yazıçı Kudenxouv-Kalergi (Coudenhove-Kalergi) idi. O, 1932-ci ildə, özündə dünyanın orta əsrlər dövrünə qaytarılması proqramını ehtiva edən “TEXNOLOGİYA VASİTƏSİLƏ İNQİLAB” kitabını yazmışdı. Bu kitab faktiki olaraq Komitet 300-ün ABŞ-dan başlamaqla ümumdünya deindustrializasiyası üzrə planları üçün işçi material oldu. Əhali artımının ciddi problem olduğunu bəyan edən Kalergi “açıq məkanlar” adlandırdığı həyata qayıtmağı məsləhət görür. Məgər bu, “Qırmızı kxmerlərin” və Pol-Potun irəli sürdüklərinə bənzəmir? Budur, həmin kitabdan bir neçə hissə:
“Gələcəyin şəhəri öz infrastrukturu ilə Orta Əsrlərin şəhərini xatırladacaq,.. və öz peşəsinə görə şəhərdə yaşamaq qismət olmayan adamlar köçüb kənd yerlərində yaşayacaq. Bizim sivilizasiya – bu, böyük şəhərin mədəniyyətidir; buna görə də o (sivilizasiya, tərc.) özü ilə, öz iradəsi və ya özündən asılı olmayan səbəbdən həyatın bu dalanına düşən degenerativ, xəstəhal və səviyyəsiz adamlar tərəfindən yaradılmış “bataqlığı” təcəssüm etdirir”. Bu, “Ankarvat”ın (AnkarWat) bizə verdiyi, “onun” Pnom Pen əhalisini ixtisar etmək üçün irəli sürdüyü əsaslandırma ilə eyni səslənmirmi?
İlk tiryək partiyaları İngiltərəyə 1683-cü ildə Benqaliyadan “Britaniya Ost-Hind Kompaniyası”nın “çay kliperlərində” gətirilmişdi. İngiltərəyə tiryəki sınaq üçün, eksperiment qismində, sadə xalqı – kəndliləri və aşağı sinifləri bu narkotikə öyrəşdirməyin mümkün olub-olmadığını yoxlamaq üçün gətirmişdilər. Bizim dövrümüzdə bunu yeni məhsulun “sınaq marketinqi” adlandırırlar. Lakin ingilis kəndlisinin və “aşağı siniflərinin” möhkəm qoz olduğu aydın oldu və sınaq marketinqi ilə bağlı eksperimen tam iflasa uğradı. Britaniya cəmiyyətinin “aşağı sinifləri” tiryək çəkməyi qətiyyətlə inkar etdi.
Londonun yüksək cəmiyyətinin plutokratları və oliqarxları daha üzüyumşaq və həssas satış bazarı axtarmağa başladılar. Belə bir bazarı onlar Çində tapdılar. “Hindistan Ofisində” “Digər qədim qeydlər” şöbəsində rast gəldiyim və öyrəndiyim sənədlərdə mən Çində tiryək ticarətinin “Britaniya Ost-Hind Kompaniyası” tərəfindən maliyyələşdirilən “Çində Daxili Missiya”nın yaradılmasından başlandığını təsdiq edən bütün hər şeyi tapdım. Bu Missiya özü ilə zahirən xristian missionerlərin cəmiyyətini təcəssüm etdirirdi, lakin gerçək işdə onlar bazarda yeni məhsulu, yəni TİRYƏKİ yaymaqla məşğul olan “reklam agentləri” idi.
Bir müddət sonra mən Ser Corc Bedvurdun “Hindistan Ofisində” saxlanan sənədlərini öyrənmək imkanı əldə edəndə bu bir daha öz təsdiqini tapdı. “Çində Daxili Missiya”nın missionerləri sınaq paketlərini paylamağa və kulilərə tiryəki necə çəkmək lazım olduğunu başa salmağa başlayandan bir qədər sonra bu narkotikin böyük partiyaları Çinə gəşımağa başladılar. Heç “Bitlz” da bu məsələnin öhdəsindən bundan yaxşı gələ bilməzdi. (Hər iki halda narkoticarət, “Bitlz”ı açıq dəstəkləyən Britaniya Kral ailəsinin sanksiyası ilə həyata keçirilirdi) “Britaniya Ost-Hind Kompaniyası”nın İngiltərə ilə bağlı planları iflasa uğrasa da, milyonlarla yoxsulun özünün aciz və çıxılmaz vəziyyətindən müvəqqəti də olsa qaçmaq üçün tiryək çəkməkdə bir vasitə tapdığı Çində bu planlar tam uğur qazandı.
Tiryək pritonları Çinin hər yerində göbələk kimi artmağa başladı. Şanxay və ya Kanton kimi böyük şəhərlərdə yüz minlərlə yoxsul çinliyə tiryək çəkəndən sonra belə gəlirdi ki, həyat o qədər də dözülməz deyil. Çin höküməti baş verənləri özü üçün aydınlaşdırana qədər “Britaniya Ost-Hind Kompaniyası” 100 il ərzində tam fəaliyyət azadlığına malik olub. Tiryək çəkməyi qadağan edən ilk qanunlar Çində yalnız 1729-cu ildə qəbul olunmağa başladı. BOHK-in İdarə Heyətinin üç yüz üzvü bundan xoşhal olmamışdı və Kompaniya tezliklə Çin höküməti ilə açıq qarşıdurmaya başladı.
Bütünlüklə britaniyalıların nəzarəti altında olan Hindistanın Qanq çayı hövzəsindəki Benares və Bixarenin lalə plantasiyalarında “Britaniya Ost-Hind Kompaniyası” yüksək keyfiyyətli tiryək verən lalə növlərini yetişdirdi. Hindistanın digər vilayətlərində yetişdirilən aşağı keyfiyyətli tiryək ucuz olduğu halda, bu tiryək ən yüksək qiymətə satılırdı. Bu, çox yüksək gəlirli bazarı əldə saxlamaq üçün Britaniya taxt-tacı Çin ordusuna qarşı hərbi əməliyyatlara başladı və onları məğlub etdi. Analoji olaraq Amerika höküməti də fasiləsiz olaraq narkobaronlara qarşı müharibə aparır və çinlilər kimi, daim məğlubiyyətə uğrayır. Lakin burada əhəmiyyətli bir fərq var: Çin höküməti qələbə qazanmaq məqsədilə mübarizə aparırdısa, ABŞ höküməti qələbəni qətiyyən istəmir. “Narkotiklərlə Mübarizə Agentliyində” kadr axınının niyə belə yüksək olduğu aydın olur.
Sonralar yüksək təmizlənmə dərəcəsi olan tiryək ölkənin kimsəsiz sahillərinə Makradan keçməklə Pakistandan gəlməyə başladı, buradan isə gəmilər yükü Dubaya daşıyır və qızıla dəyişdirirdilər. Bu, hazırda heroinin kokainə nisbətən daha populyar olması faktını qismən izah edir. Heroin ticarəti – bu, daha mötəbər biznesdir, burada, Kolumbiyada demək olar adi hala çevrildiyi kimi, dövlət xadimlərini öldürmürlər. Pakistan tiryəki “Qızıl üçbucaq” və ya “Qızıl aypara” (İran) tiryəkinə nisbətən kifayət qədər ucuz satılır. Nəticədə heroinin istehsalı və satışı kəskin artdı və bunun hesabına kokain lider mövqelərdən sıxışdırılmağa başladı.
Britaniya cəmiyyətinin yüksək dairələrində çirkli tiryək ticarəti haqqında uzun illər ərzində “imperiyanın rüsvayçılığı” kimi danışırdılar. Genişmiqyaslı tiryək ticarəti əsgərlərin Hayber aşırımında şücaəti haqqında nağılları arxa plana sıxışdırırdı. Britaniya ordusunun hissələri Hayber aşırımında tiryək xammalını daşıyan karvanları yerli dağ tayfalarının hücumlarından müdafiə etmək üçün yerləşdirilmişdi. Britaniyanın Kral ailəsi bunu bilirdimi? Yəqin bilirdi, əks təqdirdə taxt-tacı bu regionda ordu saxlamağa nə vadar edə bilərdi? Axı bu region çox yüksək gəlirli tiryək ticarətindən başqa heç nə verə biiməzdi. Ordunu uzaq ölkədə saxlamaq çox baha idi. Ülyahəzrət Kraliça ordunun ora nə üçün göndərildiyi ilə yəqin ki, maraqlanmışdı? Əlbəttə, ordu orada polo və ya bilyard oynamaq üçün göndərilməmişdi.
Yaşar Əsədov