Məzahir Şahmarov: "Hüquqlarını müdafiə etdiyim Bilal Əhmədovun barəsində bəraət hökmü çıxarılacağı halda, məhkəmə onu ədalətsiz şəkildə həbs olunması ilə bağlı qərar verdi"
06-08-2010
“İstintaq müəyyən edib ki, guya Bilal Əhmədov hakimiyyət nümyəndələri, polis əməkdaşlarına müqavimət göstərib və ictimai qaydaların pozulmasına səbəb olub. Amma məhkəmə istintaqında əldə olunmuş subutlardan belə məlum oldu ki, ittihamlar əsassızdır və əldə olunmuş sübutlara istinad olunmur” – bu sözləri fevralın 13-də Şəhidlər Xiyabanına ziyarət məqsədi ilə gedərkən polis tərəfindən döyülüb, sonra saxlanılan Bilal Əhmədovun hüquqlarını müdafiə edən Məzahir Şahmarov FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə 13 fevral 2010-cu il keçirilmiş tədbir dini mərasim olub: “Mərasim iştirakçılarının çıxışlarından, əllərində tutduqları və dedikləri şuarlardan məlum olur ki, heç bir siyasi motiv yoxdur və dini tədbir təşkil olunub. Şəhidlər Xiyabanına tərəf hərəkət edən dindarların əllərində Allahın birliyi və Məhəmmədin (s) peyğəmbər olmasını əks etdirən şüarlar olub.Eyni zamanda onlar heç bir siyasi şüar verməyib və sosial tələb etməmişlər. Sadəcə öz istəkləri ilə mərasimi Şəhidlər Xiyabanını ziyarət etməklə tamamlamaq istəmişlər”.
Vəkil əlavə etdi ki, dindarlar ictimai qaydaları da pozmayıblar: “Onlar Füzuli meydanından Nərimanov heykəlinə qədər sərbəst hərəkət ediblər. Hətta hərəkət zamanı əziz Peyğəmbərimizin (s) və məsum İmamların (ə) eşqi ilə dini mərsiyyələr də söyləyiblər. Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən dindarlardan şüarların dayandırılması tələb olunub. Əslində belə bir tələb qanunsuzdur. Buna baxmayaraq gənclər sakitcə yürüşlərini davam ediblər. Vidio görüntülərdən məlum olur ki, dindarlar Nərimanov heykəlinə çatanda Səbail Rayon Polis əməkdaşları həmin tədbirin dayandırılması və əhalinin dağıdılması ilə bağlı heç bir xəbərdarlıq etmədən zor tətbiq edərək əllərində rezin dəyənəklərlə yürüş iştirakçılarına qəflətən hücum edib hüquqlarını müdafiə etdiyim Bilal Əhmədova və digərlərinə xəsarət yetiriblər. Təəssüflər olsun ki, Bilal Əhmədov barəsində müəyyən ekspertiza aparılsa da ekspert rəyi cinayət işinə əlavə olunmayıb”.
Şahid qismində bir qrup polis məhkəmə iclasına dəvət olunmuşlar. Keçmiş polis işçisi şahid kimi dindiriləndə ifadə verib ki, mən yaşadığım binanın balkonundan hadisəni gördüm. Amma əslində onun yaşadığı binadan heç Nərimanov heykəli görünmür – M.Şahmarov vurğuladı: “Ümumiyyətlə şahidlər ziddiyyətli ifadələr veriblər. Ciddi əhəmiyyət doğuran ziddiyyətlər əsasında məhkəmə qərar verə bilməz. Bundan əlavə əldə olunan sübutlara əsasən həmin ərazidə hər hansı daş, dəmir, taxta və başqa əşya olmamışdı. Orada yalnız gül dəstələri olub”.
Məhkəməyə təqdim etdiyimiz sübutlara əsasən Hüquqlarını müdafiə etdiyim Bilal Əhmədovun barəsində bəraət hökmü çıxarılacağı halda, məhkəmə onu ədalətsiz şəkildə həbs olunması ilə bağlı qərar verdi. Hesab edirəm ki, apellyasiya şikayəti verilməlidir - M.Şahmarov qeyd etdi.