FaktXeber.com-un "Sleep" jurnalına istinadən verdiyi məlumata görə, ABŞda aparılan bir araşdırma gecə 7 saatdan çox, ya da az yatmağın ən əhəmiyyətli ölüm səbəbi olan ürək və damar xəstəlikləri riskini artırdığını ortaya çıxarıb.
Mürgüləmələr də daxil beş saatdan az yatmağın, angina, damar xəstəlikləri, miakard və ya infarkta gətirib çıxarma şansını ikiqat artırdığı bildirilir.
Araşdırmanın daha şok bir nəticəsi olaraq da 9 saatdan çox yatanlarda, "sehrli" rəqəm 7 saat yatanlara nisbətən 1.5 dəfə artıq ürək və damar xəstəliyi riski olduğu müəyyən edilib.
Araşdırmaya görə, ən riskli qrup 60 yaşdan aşağı və gecələri 5 saatdan az yatanlardadır. Bu şəxslərdə ürək damar xəstəliyi riski, 7 saat yatanlara nisbətən 3 dəfə artıqdır.
6 saat və ya 8 saat yatmaq isə ürək damar xəstəliyi riskini çox yüngülcə artırır.
Araşdırmada, sağlamlıq sorğuusuna qatılan 30 min nəfərin fikirləri analiz edilib. Araşdırmaçılar, cavabları yaş, cinsiyyət, siqaret və ya spirtli içki istifadə edib-etmədikləri, arıq və ya kök olduqları, idmanla məşğul, ya da daim oturaq həyat tərzi keçirdikləri kimi xüsusiyyətlərinə görə təsnif ediblər.
Sorğuya qatılanların 8 faizi gecələri 5 saatdan az, 9 faizi isə 9 saatdan çox yatdığını bildiriblər.