Özlərini demokratiyanın beşiyi adlandıranlardan biri - Fransada mühacirlərlə bu cür davranılır
31-07-2010
FaktXeber.com olaraq sizlərə Fransa prezidenti Nikola Sarkozinin ölkədəki məskunlaşmış afrikalı mühacirlərə qarşı müharibə elan etdiyi barədə informasiya vermişdik. Belə ki, o gözlənilmədən ölkədəki 300-dək mühacir düşərgəsinin bağlanmasına qərar verib. Mühacirlər isə buna Parisin küçələrinə çıxmaqla etiraz ediblər.
Qeyd etmək yerinə düşərdi ki, Fransa prezidenti Nikola Sarkozi əslən Macarıstandandır və Fransaya mühacir ailənin övladıdır.
Sizə təqdim etdiyimiz bu videoda, özlərini demokratiyanın beşiyi adlandıran Fransada insanlarla necə davranıldığı açıq-aydın görünür.