Əhali yanğın baş verən ərazilərdən evakuasiya olunur
30-07-2010
FaktXeber.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiyanın Avropa hissəsində baş verən yanğınlar ölkəyə böyük ziyan vurub. Baş verən yanğınlar zamanı 1000-ə yaxın insanın evinin yandığı bildirilir. Qeyd edək ki, Voronejin yaxınlığında baş vermiş meşə yanğın nəticəsində bir yanğınsöndürən də daxil olmaqla beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Rusiyanın Nijniy Novqorod vilayətində isə 800-dən çox evin yandığı bildirilir. Rusiyanın Fövqəladə Hallar naziriliyin verdiyi məlumatda bildirilir ki, yanğın baş verən ərazilərdən hələlik 2 minə yaxın insan evakuasiya olunub.