Silahlı qarşıdurma zamanı "Naço" öldürülsə də, onun ən yaxın adamı Fransisko Quinonez sağ ələ keçib
30-07-2010
FaktXeber.com-un "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Meksikada yerli polis və ordunun təşkil etdiyi əməliyyat zamanı məşhur narkobaronlardan biri öldürülüb. Mekiskanın Daxili İşlər Nazirliyinin də təsdiq etdiyi məlumatda bildirilir ki, ölkənin bir nömrəli narkobaronu İqnasio Koronel əməliyat zamanı zərərsizləşdirilib. Qeyd edək ki, "Naço" ləqəli narkobaron 29 iyun tarixində Qvadalaxar şəhərindəki evində aşkar olunub. Narkobaronun olduğu evə dərhal əməliyyat təşkil olunub və uzun sürən silahlı qarşıdurmadan sonra "Naço" öldürülsə də, onun ən yaxın adamı Fransisko Quinonez sağ ələ keçirilib. Məlumat üçün bildirək ki, İqnasio Koronel artıq neçə vaxt idi ki, həm Meksika, həm də ABŞ polisi tərəfindən axtarılırdı. Onun barədə məlumat verən şəxsi isə 5 milyon dollar mükafat gözləyirdi.