Rəsmi Moskvanın iki nüvə bombardman təyyarəsi 40 saat havada qalaraq yeni rekordu müəyyənləşdirib
30-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, soyuq müharibə döründən sonra təhlükəsizlik uçuşlarını son üç ildir davam etdirən Rusiyanın nüvə bombardman təyyarələri, yeni rekorda imza atıb. Rusiya Hava Qüvvələrinə məxsus iki ədəd "Tu-95MS Bear-H" qırıcı təyyarələri 40 saat havada qalmağı bacararaq yeni rekordu müəyyənləşdirib. Qeyd edək ki, nüvə bombardman təyyarələrinin uçuşu, "4 İl-78" yanacaq tankeri təyyarəsiylə reallaşıb. Məlumat üçün bildirək ki, Rusiyanın strateji gücünə aid nüvə bombardman uçuşları, 2007-ci ilin avqust ayında baş nazir Vladimir Putinin göstərişi ilə başlamışdır.
Rusiyanın təhlükəsizlik uçuşlarını əsasən "Tu-95 Bear", "Tu-160 Blackjack" və "Tu-22M3 Backfire" model bombardman təyyarələri Sakit və Atlantik okean üzərində həyata keçirir.