
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 29-da saat 16.05-dən 16.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.45-dən 17.05-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, 23.30-dan 23.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığnda yerləşən mövqelərdən, saat 23.15-dən 23.40-dək və 23.30-dan 23.40-dək Tərtər rayonunun Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.