Rusiya Azərbaycana C-300 raketlərinin satışına dair müqavilənin bağlanması barədə məlumatı təkzib edib
29-07-2010
Rusiya Azərbaycana C-300 PMU-2 «Favorit» zenit-raket komplekslərinin satılacağına dair yayılan xəbərləri təkzib edib.
APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, «Rosoboroneksport» şirkətinin nümayəndəsi Vyeçeslav Davıdenko yayılan məlumatlara aydınlıq gətirib. Şirkət nümayəndəsi bu gün Rusiya mətbuatında Azərbaycana iki divizion C-300 kompleksinin satılacağı barədə yayılan məlumatları təkzib edərək tərəflər arasında belə bir müqavilənin bağlanmadığını bildirib.
Qeyd edək ki, “Vedomosti” qəzeti 2009-cu ildə Azərbaycan Müdafiə Nazirliyinin Rusiyanın “Rosoboroneksport” şirkəti ilə 2 ədəd C-300 PMU-2 “Favorit” zenit-raket kompleksinin alınmasına dair müqavilə imzaladığını yazıb.