The Independent: "ABŞ, Mahmud Abbasın polislərinə 400 milyon dollar verdi.
29-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin "The Independent" qəzetində amerikalılar tərəfindən hazırlanan bir hesabata istinadən nəşr olunan xəbərdə, Vaşinqtonun 2007-ci ildən bu yana İordaniya çayının Qərb Sahilində İsrailə qarşı döyüşən fələstinlilərlə mübarizə aparan Mahumud Abbasa 400 milyon dollar pul yardımı edib.
Xəbərdə, Amerika Birləşmiş Ştatları, İngiltərə və Kanadadan ən azı 45 hərbi məsləhətçinin Qərb Sahillərində Abbas polislərinə təhsil verdiyi və polis qüvvələrinin Fələstin müqavimət qruplarıyla mübarizə planlarını hazırladığı bildirilir.
Qəzet, xəbərə qaynaq təşkil edən Amerika hesabatında Amerika Xarici İşlər Nazirliyinin son illərdə Abbas rəhbərliyinə bağlı polis güclərinin təhsili üçün yüz milyonlarla dollar xərcləndiyinin yazıldığını da vurğulayır.
Hesabatda ayrıca olaraq, ABŞ-ın Mahmud Abbas polislərinə bağlı 4 briqadanı və rəhbərlik gözətçilərinə bağlı 2500 əsgərdən ibarət bir briqadanı İordaniyada öyrətdiyi, daha 5 briqadanın da eyni şəkildə Vaşinqton tərəfindən öyrədilməsinin planlaşdırıldığı yazılır.
Xatırladaq ki, bir müddət bundan öncə də "Haaretz" qəzeti, İsrailin, Mahmud Abbas hökumətinə 50 zirehli texnika verdiyini yazmışdı.