FaktXeber.com-un verdiyi məlumata görə, əfsanəvi fransız futbolçu Zinəddin Zidan futbolla vidalaşmasına baxmayaraq hələ də gündəmdə qalır. Futbol oynadığı dövrlərdə ən yaxşı futbolçu adını qazanmış Əlcəzair əsilli ulduz futbolçu, bir dəfə dünya və avropa çempioanu olmuş, "Yuventus" və "Real Madrid" klublarının heyatində dəfələrlə ölkə çempionu və bir dəfə də Çempionlar Liqasının qalibi olmağı bacarmşdır. Qeyd edək ki, Zinəddin Zidan mahir futbolçu olmaqdan əlavə, yaxşı bilyard oynamağı da bacarır. Bu günlərdə onun bir bilyard klubunda göstərdiyi oyun bütün dünya mediasının gündəminə çevrilib.