2 aydan artıqdır ki, cənubda bir söhbət dolaşır - Masallı Mərkəzi Xəstəxanasının müdiri Cəlil Nəzərov Səhiyyə Nazirliyinin Kollegiya qərarı ilə daşıdığı vəzifədən azad edilib və Cəlilabaddakı Diaqnostika Mərkəzinə müdir təyin edilir.
29-07-2010
2 aydan artıqdır ki, cənubda bir söhbət dolaşır - Masallı Mərkəzi Xəstəxanasının müdiri Cəlil Nəzərov Səhiyyə Nazirliyinin Kollegiya qərarı ilə daşıdığı vəzifədən azad edilib və Cəlilabaddakı Diaqnostika Mərkəzinə müdir təyin edilir. Lakin nə birinci xəbər reallaşır, nə ikinci. Şaiyə dolaşır ki, cəlilabadlılar Cəlil Nəzərovu qəbul etmək istəmir. Başqa bir xəbərdə isə bildirilir ki, Cəlil Nəzərov “5 dəqiqəlik”də bəyan edib ki, heç hara getmir, onun yerinə çalışanlar özlərinə əziyyət verməsinlər. Xeyli araşdırmalardan sonra isə öyrənə bilmişik ki, bu işin çox sadə bir səbəbi var imiş. Belə ki, Mərkəzi Xəstəxananın qarşısındakı sayı-hesabı bilinməyən çalalardan, gölməçələrdən həzz alan Cəlil Nəzərova Cəlilabadın Diqanostika Mərkəzinin qarşısındakı göz oxşayan asfalt pis təsir edir. O da təklif edib ki, əgər istəyirsinizsə sizin xətrinizə bi xəstəxanaya rəhbər gəlim, bu asfaltı dağıdıb orada xeyli çala-çuxur düzəldin ki, özümü pis hiss etməyim. Yoxsa, mənə nə düşüb ki, hər gün 50 kilometr yol qət edib Masallının Miyanküsündən Cəlilabadın Həmşarısına gəlim. Məsələ hazırda Beynəlxalq Səhiyyə Təşkilatlarında ciddi müzakirə olunur./Cənub Xəbərləri