FaktXeber.com-un verdiyi məlumata görə, Konqo Demokratik Respublikasında baş verən gəmi qəzasında ilkin məlumatlara görə, 138 nəfər dünyasını dəyişib. Qəza, paytaxt Kinşasanın 260 kilometr şərqindəki Bandundu vilayətində baş verib. Hdisənin başvermə səbəbləri araşdrılır. İlkin məlumatlara görə, qəzaya səbəb gəminin texniki baxışdan keçməmiş səfərə çıxması olub.