"Visla" - "Qarabağ" oyunun yayımı 10 min avroya başa gəlib
Bu məbləği alman şirkətinə "Qarabağ" futbol klubu ödəyib
29-07-2010
Bu gün keçiriləcək Avropa Liqasının üçüncü təsnifat mərhələsinin «Visla» - «Qarabağ» oyununun Azərbaycan ərazisində yayımlanmasının neçə avroya başa gəldiyi bəlli olub. Məlumata görə, matçın Azərbaycanda yayımı məhz «Qarabağ» klubunun rəhbərliyinin səyləri ilə baş tutacaq. Bildirilir ki, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl və “Sportfive” şirkətinin nümayəndəsi Kiril Magaev “Visla”-“Qarabağ” oyununun canlı yayımlanması barədə müqaviləyə imza atıblar. Artıq texniki və maddi məsələlər də öz həllini tapıb. “Sportfive” şirkətindən verilən məlumata görə, matçın yayımı 10 min avroya başa gəlib. Bu məbləği alman şirkətinə “Qarabağ” futbol klubu ödəyib. Qeyd edək ki, bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.