FaktXeber.com-un verdiyi məlumata görə, Meksikanın şimalında həbsxanaların birində məhbusların müxtəlif cinayətlər törətmək üçün silahlandırıldığı barədə xəbər verən dörd jurnalist, narkotik şəbəkələrinə bağlı silahlılar tərəfindən qaçırılıb. Yerli polis yoxa çıxan qəzet müxbirləri barədə istintaq açıldığını, lakin hələlik onlarda heç bir məlumatın olmadığını bildirib. Qeyd edək ki, ötən həftə Meksikada 27 yaşlı jurnalist Huqo Alfredo Olivera avtomobilində öldürülmüş vəziyyətdə aşkar edilmişdi.