İran təhlükəsizilk qüvvələri bir müddət öncə İranın Zahedan şəhərində baş vermiş terrorla bağlı 9 nəfəri həbs edib
29-07-2010
İran təhlükəsizilk qüvvələri bir müddət öncə İranın Zahedan şəhərində baş vermiş terrorla bağlı 9 nəfəri həbs edib.
Faktxeber.com-un Əl-Aləm telekanalına istinadən verdiyi məlumata görə, İranın daxili işlər Mustafa Məhəmməd Nəccar, adı çəkilən terror hadisəsi ilə bağlı 9 terrorçunun həbs olunduğunu qeyd edərək, aparılan əməliyyat zamanı daha 9 terrorçunun da məhv edildiyini bildirib. Bundan əlavə İran tərəfi Pakistan sərhəddindən gizli şəkildə terrorçuların keçid məntəqələrini müəyyənləşdirərək onları bütünlüklə bağlayıb. Bunuda İran daxili işlər naziri deyib.