Fransada, ölkənin şimalındakı kiçik bir şəhərdən gələn xəbərlə sarsılıb
29-07-2010
Faktxeber.com-un The Daily Mail-ə istinadən verdiyi məlumata görə, Fransanın şimalında iki evin bağçasından 8 yeni doğulmuş körpə cəsədi tapılıb. Hadisə ilə əlaqədar 45 yaşlə bir ər-arvad həbs edilib.
Evdə itlərlə axtarış aparan polis evin və bağçanın müxtəlif yerlərinə basdırılmış 8 körpə cəsədi tapıb. Bütün uşaqların 45 yaşlı cütlüyə aid olduğu müəyyən olub.
Fransa polisinin verdiyi məlumata görə, 45 yaşlı cütlük öz uşaqlarını dünyaya gələndən sonra boğaraq öldürüblər. Öldürdükdən sonra onları plastik paketlərə qoyub evin müxtəlif yerlərinə basdırıblar.
Qeyd edək ki, 3 il əvvəl də Fransanın Rouen şəhərində 35 yaşlı bir qadınla kişi yeni doğulmuş 5 uşaqlarını öldürərək evinin tavanında saxlamışdılar.