Cənubi Koreyanın baş naziri Çon Un Çxan istefa verib. Bu barədə “Renxap” agentliyi məlumat yayıb. Baş nazir istefasını keçirdiyi mətbuat konfransında bəyan edib.
“Mən baş nazir postunu tərk edirəm və bütün məsuliyyəti öz üzərimə götürürəm”, deyə Çon Un Çxan bildirib.
Qeyd edək ki, Cənubi Koreya hökuməti parlamentdə ölkənin regionlarından birində elmi-işgüzar mərkəzin tikilməsi üçün lazımi dəstək ala bilməyib. Çon Un Çxan baş nazir vəzifəsinə 10 ay əvvəl gəlmişdi. \ans