Mixail Saakaşvili: "Bizim düşmənin məqsədi Gürcüstanda nəzarəti ələ almaqdır. Bu halda onlar Gürcüstana hücum etsə, gərək hər santimetr torpağımızda onların ayaqları yansın"
29-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dünən Müdafiə Nazirliyində çıxışı zamanı, ölkəsinin yeni hərbi doktrinası barədə məlumat verib. Gürcüstan prezidenti hərbi doktrinanın ölkənin ümumi müdafiə sistemini daha da gücləndirəcəyini bildirib. Qeyd edək ki, Saakaşvilinin sözlərinə görə, yeni doktrina ordunu daha dəqiq və nizamlı olmağa sövq edəcək, eyni zamanda istənilən düşməni məhv etməkdə yardım edəcək. Məlumat üçün bildirək ki, Gürcüstanda yeni tətbiq olunacaq doktrinada, hər bir kənd və qəsəbə özünü müdafiə etmək gücünə malik olmalıdır. Bunun üçün isə hər yerdə müdafiə mərkəzləri yaradılacaq ki, əhali silahdan istifadə etməyi öyrənsin.