İran Hava Qüvvələrindən 31 iyul - 07 avqust tarixində geniş diametrli hərbi hava manevri təşkil ediləcəyi bildirilir
29-07-2010
FaktXeber.com-un "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Hava Qüvvələri komandirinin köməkçisi general Seyid Məhəmməd Ələvi, 31 iyul - 07 avqust tarixində İranda "Vilayət Fədailəri-2" adlı geniş diametrli hava manevri təşkil ediləcəyini söyləyib. Bu manevrdə F-4, F-5, F-7, Soho-24 strateji döyüş təyyarələri ilə birlikdə tanker və yük təyyarələrinin də iştirak edəcəyi bildirilir.
Ələvi, manevr çərçivəsində F-4 və Soho-24 döyüş təyyarələrinin gücünün göstəriləcəyini vurğulayıb.
O əlavə olaraq manevri çərçivəsində "Pehbad" pilotsuz təyyarələri və elektronik mərkəz sistemlərinin də sınanacağını söyləyib.
General Ələvi, İran gücünün kiçik bir hissəsinin sərgilənəcəyi bu manevrdə "Vilayət Fədailəri-2" adlı manevri üçün Tehranın Mehabad, Təbriz, Şiraz, İsfahan, Həmədan, Dezful, Buşehr və Bəndar Abbas hava bazalarının istifadə ediləcəyini bildirib.