Vəhabilərin Bakıda güclənməsi, onların şəbəkələr yaratması artıq çoxdan müzakirə olunan mövzulardan biridir. Onlara qarşı siyasi hakimiyyət tərəfindən zaman zaman təziqlərin edildiyi də göz önündədir. Lakin bütün bu təzyiqlərə baxmayaraq, vəhabilər öz şəbəkələrini daha da genişləndirməkdə davam edir.
28-07-2010
Pia.az-a verilən məlumata görə vəhabilər bu seçkilərdə də namizədlərlə çıxış etməyəcəklər, lakin onlar özlərini bəzi təzyiqlərdən qorumaq üçün bir neçə namizədi dəstəkləyəcək. Artıq seçilən namizədlərə vəhabilər tərəfindən böüyk təkliflər edilib.
Məlumatlı mənbənin dediyinə görə, vəhabilər namizədlərə onların öz seçki kampaniyalarını aparması üçün maliyyə yardımı edir və bundan əlavə onları seçici ilə təmin edir. Vahabilər bütün bunların qarşılığında isə həmin namizədin seçiciləcəyi təqdirdə vahabilərin hüquqularını qorunmasını istəyiblər.
Əldə etdiyimiz məlumata görə, artıq bir neçə namizədlə anlaşan vəhabilər həmin namizədlərin seçki qərargahına öz həmfikirlərini könüllü şəkildə işləməyə göndərəcəklər.
Maraqlı məqamlardan biri də onadan ibarətdir ki, vəhabilərin anlaşdığı namizədlər nə iqtidarı, nə də müxalif partiyalardan hər hansı birinin təmsilçisidir. Onların hamısı müstəqil namizədlərdir.