Yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir
28-07-2010
İyun aylarında paytaxt Bakı şəhəri üzrə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi növbəti monitorinqini aparıb. Birlikdən ANS PReSS-ə verilən məlumata görə, aparılan araşdırmalar daşınmaz əmlak bazarının ilkin bazarında iyun ayının sıçrayışlı yeniliklərlə müşahidə edildiyini deməyə əsas verib.
İyun ayı üzrə “ƏBİ” İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti aprel ayındakı kimi dəyişməyərək 870 dollar kv.m olub.
İyun ayındakı qiymət azalması 2-ci rübün əvvəli ilə müqayisədə 1,1 faiz, 2010-cu ilin əvvəlinə nisbətdə 3,0 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7,8 faiz təşkil edib. 2008-ci ilin sentyabr ayı, yəni böhrandan əvvəlki pik dövrü ilə müqayisədə qiymət azalması 27,1 faizdir.
orta qiymətə uyğun olaraq qiymət indksində də heç bir dəyişiklik baş verməyib və göstərici ötən ayda olduğu kimi 333,4 bəndində qərarlaşıb. Ötən aylardakı kimi, yni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil dir. 5 otaqlı mənzillər əsasən şəhərin 1-ci zonasında üstünlük təşkil dir, 1 otaqlı mənzillər isə daha çox 3-cü zonanın payına düşür.