"Sosialist İnternasionalı"nın baş katibi Luis Ayalanın İlham Əliyev və Elmar Məmmədyarovla görüşləri gözlənilir
28-07-2010
Azərbaycan Sosial-Demokrat Partiyası mətbuat xidmətinin rəhbəri Yaşar Əsədovun FaktXeber.com-a verdiyi məlumata görə, "Sosialist İnternasionalı"nın baş katibi Luis Ayala bu gün Azərbaycana səfərə gəlir.
Y.Əsədov səfərin avqustun 1-dək davam edəcəyini bildirdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcəyi gözlənilir.
Oktyabr ayında isə Bakıda "Sosialist İnternasionalı"nın Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə komitəsinin iclası keçiriləcək və Ayalanın səfərində məqsəd Azərbaycan tərəfi ilə komitənin iclasına hazırlıqla bağlı məsələlərin müzakirəsidir.