Madrid “Real”ının rəhbərliyi “Verder”in yarımmüdafiəçisi Məsut Özili kluba cəlb eləmək üçün cəhdlərini artırıb. Türk əsilli futbolçunun oyunu Mourinyo başda olmaqla, klubun bütün məşqçilər korpusunun xoşuna gəlir. Paytaxt təmsilçisinin Özilin oynadığı cinahda futbolçusunun olmasına baxmayaraq, “bundesmanşaft”ın gənc futbolçusu ilə də işləmək pis olmazdı. “Kral klubu”nda Özilin bu il “Real”a transfer edilə bilməməsini istisna etmirlər. Amma rəhbərlik futbolçu ilə kluba gələn il transfer olunmaq barədə razılığa gəlmək istəyirlər.